image-reklam-veteninfo
image-1backend

ABŞ hərbi təyyarəsi gözlənilmədən Moskvaya enib

image-reklam-veteninfo

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi gözlənilmədən Moskvaya uçub.

Vətəninfo.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, Boeing C-17 Globemaster III təyyarəsi avqustun 25-də Moskvanın Vnukovo hava limanına eniş edib.

RCH4555 çağırış işarəsi olan təyyarə səhər saatlarında Latviyanın paytaxtı Riqadan Moskvaya yola düşüb. Uçuş məlumatlarında təyyarənin əvvəlki marşrutunda ABŞ-ın Merilend ştatının Kemp-Sprinqs şəhərinin də yer aldığı bildirilir. Burada ABŞ prezidentinin istifadə etdiyi hava nəqliyyatı vasitələrinin yerləşdiyi Endryus Birgə Bazası fəaliyyət göstərir.

Boeing C-17 Globemaster III ağır hərbi nəqliyyat təyyarəsidir. Bu tip təyyarələr əsasən hərbi qulluqçuların, iri həcmli yüklərin və hərbi texnikanın daşınması üçün istifadə olunur.

Təyyarənin Moskvaya uçuşunun məqsədi hələlik açıqlanmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Vnukovoya eniş edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə barədə məlumatının olmadığını bildirib.

Hazırda təyyarənin göyərtəsində kimin olduğu, hansı yükü daşıdığı və Moskvaya səfərin hansı məqsədlə həyata keçirildiyi barədə rəsmi məlumat yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki