Gələn həftə ABŞ-ın Maliyyə Nazirliyi 3, 10 və 30 il müddətli, ümumi dəyəri 120 milyard dollar olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar keçirəcək.
Veteninfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, noyabrın 8-də 56 milyard dollarlıq 3 illik istiqrazlar, noyabrın 9-da 39 milyard dollarlıq 10 illik istiqrazlar, noyabrın 10-da isə 25 milyard dollarlıq 30 illik istiqrazlar hərraca çıxarılacaq.
ABŞ hökumətində hesab edirlər ki, yeni istiqrazlar dövriyyədə olan nağd pulu təxminən 44 milyard dollar azaldacaq.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə bağlı xərcləri ödəmək üçün ötən il də dövlət istiqrazlarının həcmini artırmışd