image-1backend

ABŞ Müdafiə Nazirliyi:”Amerika silahlarının Ukraynaya tədarükü zamanı korrupsiya faktları aşkarlanıb”

image-reklam_sirab_01

Pentaqon Amerika silahlarının Ukraynaya tədarükü zamanı korrupsiya faktlarını aşkarlayıb.
Vətəninfo.az  xəbər verir ki, bu barədə idarənin baş inspektorunun hesabatında deyilir.

Sənədə əsasən, 2022-ci ilin fevral ayından xüsusi hərbi əməliyyat başlanandan indiyədək 57 korrupsiya faktı üzrə araşdırma aparılıb. Onlardan 14-ü hazırda tamamlanıb, 43-ü isə açıq qalır.
“Tamamlanmış istintaq 7 həbs, 13 cinayət ittihamı, 2 məhkum və 11 həbslə nəticələnib”, – ABŞ Müdafiə Nazirliyi qeyd edib.

İlkin araşdırma zamanı nazirlik tərəfindən qrant və satınalmalarla bağlı dələduzluq, korrupsiya, oğurluq və digər qanun pozuntuları faktları qeydə alınıb.

Bundan əlavə, ekspertlər etiraf ediblər ki, Vaşinqton Kiyevə ötürülən silahların taleyinə heç də həmişə nəzarət etmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki