ABŞ administrasiyası Rusiya neftinin ölkəyə idxalının qadağan olunması imkanlarını nəzərdən keçir.
Bu barədə “Bloomberg” məlumatlı olan mənbələrə istinadən yazır.
Qeyd olunur ki, administrasiya daxilində və neft-qaz sənayesi ilə birlikdə bu cür addımın ABŞ istehlakçıları və qlobal təchizata təsiri məsələsi müzakirə olunur.
Ağ Ev belə bir tədbirin Rusiya iqtisadiyyatı üçün ağrılı olub-olmayacağını və ABŞ-da benzinin qiymətinin artmasına səbəb olub-olmayacağını təhlil edir.
Agentliyin məlumatına görə, Ağ Ev nümayəndəsi hələlik heç bir qərarın verilmədiyini bildirib.


























