image-1backend

ABŞ Senatı Ukrayna, İsrail və Qəzzaya 110 milyard dollarlıq yardım layihəsini rədd etdi

image-reklam_sirab_01

ABŞ Senatındakı respublikaçılar Ukraynaya, eləcə də İsrail və Qəzzaya yardım haqqında qanun layihəsini ölkənin sərhədlərinin təhlükəsizliyi ilə bağlı razılığa gələ bilmədiklərinə görə bloklayıblar. Bu barədə Vətəninfo.az-a BBC-dən məlumat verilib.

Respublikaçılar iddia edirlər ki, Ukraynaya yardım ABŞ-dakı immiqrasiya və sığınacaq islahatları ilə əlaqələndirilməlidir.

110 milyard dollarlıq paketə Ukraynaya 61 milyard dollarlıq yardım, həmçinin İsrailə maliyyə və Qəzzaya yardım daxildir.

Ağ Ev xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya maliyyə yardımı tezliklə qurtara bilər və Ukrayna prezidentinin qərargahı bəyan edib ki, ABŞ Kiyevə dəstəyini davam etdirməsə, Rusiyaya qarşı hərbi əməliyyatlarda məğlubiyyətin “yüksək riski” var.

Dəstək haqqında qanun layihəsinin lehinə 51 senator, əleyhinə 49 senator səs verib, layihənin qəbulu üçün isə 60 səs lazım idi. Qanunvericilər yenidən danışıqlar masasına oturmalıdırlar.

Üstəlik, dekabrın 6-da ABŞ prezidenti Co Bayden administrasiyası artıq təsdiqlənmiş maliyyə vəsaitindən Ukraynaya 175 milyon dollar məbləğində yeni təhlükəsizlik yardımı elan edib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, paketə silahlar, o cümlədən raketlər və artilleriya mərmiləri daxildir.

2022-ci ildə Fevral ayından Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda Konqres Ukraynaya 110 milyard dollardan çox hərbi və iqtisadi yardım paketini təsdiqləyib və onların əksəriyyəti artıq ödənilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki