image-reklam-veteninfo
image-bayden-1-696x434backend

ABŞ və Misir razılığa gəldilər: Bayden açıqladı

image-reklam-veteninfo

 ABŞ və Misir Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlib. Vətəninfo.az-ın məlumatına görə, ABŞ prezidenti Co Bayden 20-yə yaxın yük maşınının Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsindən Qəzza zolağına daxil olacağını açıqlayıb.

Razılıq Co Baydenin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə söhbətindən sonra əldə olunub. İsrailə səfərindən sonra Almaniyanın Ramşteyn aviabazasında jurnalistlərə açıqlama verən Co Bayden qeyd edib ki, tədarüklər böyük ehtimalla oktyabrın 20-də, yol təmiri işlərindən sonra həyata keçiriləcək. Ağ Ev rəhbərinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu humanitar yüklərin daşınması üçün Misir-Qəzza keçid məntəqəsinin açılmasına icazə verməyə razılaşıb. İsrail tərəfinin şərti budur ki, bu təchizat Həmas-a getməsin.

20 yük maşını Qəzzaya daxil olan yük maşınlarının ilk partiyası olacaq və ümumilikdə, təxminən 150 yük maşını Qəzzaya humanitar yardım çatdırmaq üçün gözləyir.

Misir Amerika tərəfinin Rəfah keçid məntəqəsi vasitəsilə humanitar yüklərin daşınması ilə bağlı bəyanatlarını təsdiqləyib. Qahirə “Rəfah”ı bağlamışdı, çünki İsrailin atəşi keçid məntəqəsinin işinə mane olub.

Öz növbəsində, Reuters xəbər verir ki, Misir prezidenti fələstinlilərin Sinay yarımadasına köçürülməsinin əleyhinə olduğunu bəyan edib, çünki bu addım Misir ərazisini İsrailə qarşı hücumlar üçün hərbi bazaya çevirəcək.

Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının İsrailə qarşı həyata keçirdiyi hücumlardan sonra İsrail müharibə elan edərək Qəzzada müxtəlif hədəfləri atəşə tutmağa başlayıb. Livandakı “Hizbullah” radikal təşkilatının hədəflərinə də zərbələr endirilir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişənin şiddətlənməsindən bəri Qəzza zolağında təxminən 3500, İordan çayının qərb sahilində 62 nəfər ölüb. Yaralıların sayı 13 minə yaxındır.

İsrail tərəfində isə 1400 ölən var, azı 199 nəfər girov götürülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki