image-d6ba29b9-0ce8-3a1e-ae3f-64fa7fc2e887_850backend

Ağ Ev: “ABŞ Ukraynaya görə Rusiya ilə münaqişə istəmir”

image-reklam_sirab_01

ABŞ Ukraynaya görə Rusiya ilə münaqişənin olmasını istəmir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Biz Rusiya ilə münaqişəyə can atmırıq. Onların rəhbərliyində kimin olması Rusiya xalqının ixtiyarındadır”, – Kirbi deyib.

Kirbi əlavə edib ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə sadiqdir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin hələ də Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki