image-c5a78b51-126a-3e98-bdd0-20baab1b53a4_850backend

AKP: “Türkiyə Rusiyanın taxıl müqaviləsi ilə bağlı qərarından təəssüflənir”

image-reklam_sirab_01

“Türkiyə Rusiyanın taxıl sazişinin həyata keçirilməsində iştirakını dayandırmasından təəssüflənir”.

bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

“Qərarla bağlı böyük təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Ümid edirik ki, taxıla çıxışı təmin edən Qara Dəniz Təşəbbüsü dayandırılmayacaq”, – partiyanın rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki