image-reklam-veteninfo
image-1backend

Aleksandr İsakın transferi İngiltərə Premyer Liqasında rekord olacaq

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Liverpul” klubunun “Nyukasl Yunayted” ilə müqavilə bağlayaraq, İsveç milli komandası üçün oynayan hücumçu Aleksandr İsakı transfer etməsi ilə bağlı razılığa gəldiyi bildirilib. Bu transfer, İngiltərə Premyer Liqası üçün rekord qiymətlə başa gələcək. “Liverpul” klubu, İsveçli oyunçuya görə 150 milyon avro ödəyəcək. Məlumata görə, 25 yaşlı futbolçu bu gün Liverpul klubunun tibb müayinəsindən keçəcək.

Hal-hazırda Premyer Liqanın ən bahalı transferi Almaniya yığmasının yarımmüdafiəçisi Florian Wirtzin “Bayer”dən “Liverpul”a keçidi ilə bağlı olub. İngiltərə çempionları bu transferə 125 milyon avro ödəyiblər.

Aleksandr İsak 2022-ci ildən etibarən “Nyukasl Yunayted”də oynayır və 109 oyunda 62 qol vurub, 11 asist təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki