Ermənistan Azərbaycandan təbii qaz idxal etmək imkanını nəzərdən keçirir.
Vətəninfo.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin enerji və iqtisadi əlaqələrin şaxələndirilməsi siyasətindən danışarkən müxtəlif ölkələrlə bu istiqamətdə danışıqlar və müzakirələrin aparıldığını bildirib.
Onun sözlərinə görə, Ermənistan enerji resurslarının idxalı üçün müxtəlif istiqamətlərdən, o cümlədən Azərbaycan və İrandan qaz almaq imkanlarını nəzərdən keçirə bilər.
“Əgər fürsət olsa, Azərbaycandan da qaz alacağıq, İrandan da alacağıq”, – deyə Simonyan bildirib.
O vurğulayıb ki, Ermənistanın əsas məqsədlərindən biri enerji və iqtisadi əlaqələri şaxələndirməkdir.


























