İran qaz tranziti məsələsi ilə bağlı Azərbaycan da daxil olmaqla bir neçə ölkə ilə danışıqlar aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın neft naziri vəzifəsini icra edən Həmid Bordeh məlumat verib.
Onun sözlərinə görə, Tehran Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları da davam etdirir.
Bordeh, həmçinin İranın Cənubi Pars qaz yatağında zədələnmiş istehsal gücünün bərpası və yatağın tam istismara qaytarılması istiqamətində işlərin aparıldığını bildirib.
Nazir vəzifəsini icra edən şəxs qeyd edib ki, qurumun əsas prioritetləri hasilatın artırılması və ixracın sabitləşdirilməsidir.
Onun sözlərinə görə, istehsal gücünün tam bərpası üçün fasiləsiz hasilatın təmin edilməsi və qaz istehlakının səmərəli tənzimlənməsi vacibdir.


























