image-reklam-veteninfo
image-1backend

Pentaqon Ukraynaya bu raketlərin verilməsini dayandırıb

image-reklam-veteninfo

ABŞ Müdafiə Nazirliyi Ukraynaya təxminən 60 ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin raketlərinin təhvil verilməsinə hələlik yekun razılıq verməyib.

Vətəninfo.az xəbər verir ki, “Financial Times” qəzeti məsələ ilə tanış mənbələrə istinadən yazır ki, Vaşinqtonun əvvəlki razılığına baxmayaraq, ABŞ istehsalı olan PAC-3 və PAC-2 tipli raketlərin Ukraynaya çatdırılması prosesi Pentaqonun təsdiqini gözləyir.

Məlumata görə, söhbət sentyabr-dekabr aylarında çatdırılması planlaşdırılan təxminən 40 ədəd PAC-3 tutucu raketindən gedir. Bundan əlavə, daha köhnə modifikasiya olan 20-yə yaxın PAC-2 raketi də Ukrayna üçün ayrılıb. Lakin onların heç birinin təhvil verilməsi hələ təsdiqlənməyib. Raketlərin bir hissəsi Avropa ölkələrinin arsenallarında saxlanılır və Kiyevin Qərb tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Ukrayna Rusiyanın intensivləşən raket və pilotsuz uçuş aparatı hücumlarından müdafiə olunmaq üçün əlavə tutucu raketlərə ciddi ehtiyac duyduğunu dəfələrlə bəyan edib. Nəşrin məlumatına görə, Ukraynanın öz ərazisində “Patriot” raketləri istehsal etmək üçün ABŞ-dan icazə almaq cəhdi də Pentaqonda irəliləyiş əldə etməyib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə nəşrə açıqlamasında Vaşinqtonun Ukraynaya dəstək siyasətinin dəyişmədiyini bildirib. Bununla yanaşı, o, konkret silah tədarükləri ilə bağlı əlavə şərh verməyib. Pentaqonun sözçüsü ABŞ-nin Avropa tərəfdaşları və Ukrayna ilə “Patriot” sistemləri sahəsində transatlantik sənaye əməkdaşlığını sürətləndirmək üçün bir neçə istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ay ABŞ Ukraynaya ümumi dəyəri təxminən 2,1 milyard dollar olan 500 ədəd “Patriot” PAC-3 raketinin satışını təsdiqləyib. Lakin onların çatdırılmasının 2030-cu illərin əvvəllərinədək uzana biləcəyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin 2026-cı ildə ayda orta hesabla 12 raket alacağını açıqlayıb. O, həmçinin Ukraynanın NASAMS hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşdiyini bildirib. Zelenskinin sözlərinə görə, PURL proqramı çərçivəsində nəz




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki