İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən üç neft tankerinin dəniz minalarına düşərək partladığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, tankerlərdən biri cənub marşrutu ilə, digər ikisi isə ABŞ hərbçilərinin hava hücumundan müdafiə və müşayiət qüvvələrinin nəzarəti altında Hörmüz boğazının şərq hissəsindən hərəkət edib.
Bildirilib ki, gəmilər dəniz minalarına düşdükdən sonra güclü partlayışlar baş verib və tankerlərdə yanğın başlayıb.
SEPAH iddia edib ki, ABŞ hərbçilərinin tankerləri müşayiət etməsi hadisələrin qarşısını almağa imkan verməyib.
Qeyd edək ki, son həftələrdə Hörmüz boğazından keçən tankerlərdə partlayışlarla bağlı SEPAH tərəfindən bir neçə dəfə məlumat yayılıb. Hadisələrlə bağlı müstəqil təsdiq və tankerlərin kimliyinə dair əlavə məlumat hələlik açıqlanmayıb.


























