image-img-20230630-wa0069backend

Anar Atakişiyev o kəslərdəndir ki, müraciət etdiyi şairlərin…

image-reklam_sirab_01

Hər zaman ədəbi proseslər ədəbi dünyamızın zənginləşməsi üçün olduqca vacib bir amildir. Onu da etiraf edək ki, poetik düşüncəsini saf-çürük etmək, nəzəri ümumiləşdirmələr aparmaq fiziki cəhətdən də ağır və məsuliyyətli işdir. Hər hansı bir poetik yazını səsləndirmək olduqca məsuliyyət tələb edir. Bu səsləndirmə elə bir şəkildə,elə bir havada olmalıdır ki, o əsərin sahibi yaratmış olduğu əsərin səsləndirilməsindən insanların zövq aldığını duysun.

Anar Atakişiyev o kəslərdəndir ki, müraciət etdiyi şairlərin,yazarların əsərlərini özünəməxsus üslub və geniş diapozana malik səsi ilə sanki əsərə can verir,ruh verir. Əlbəttə, poetik məhsulu dinləyərkən obyektivliyi və emosional distansiyanı saxlamaq da çətindir. Çünki əsərlər mənalı və insan həyatının bir parçası olduğundan əsərdəki rəngarənglik onu dinləyən tamaşaçını alıb götürməlidir. Anar Atakişiyev o poeziya adamlarındandır ki, o səsləndirdiyi əsərləri öz rəngində,öz çalarında ruhlandırır,onu tamaşaçıya ötürə bilir. Bu da Anarın özündən əvvəlki dahilərin yaratmış olduğu bir məktəbə nə qədər bağlı olduğunu göstərir.

Anar hansısa bir əsəri səsləndirdikdə o əsəri yaşayır, onu öz ruhu ilə birləşdirir,ona can verir. Budur Anarı digər poeziya dünyasında olanlardan fərqləndirən. Poeziya elə ruh məkanıdır ki, orda normativlər də işləmir. Aydın məsələdir ki, estetik məhsulların keyfiyyəti, yəni bu və digər əsərin “yaxşı” və “pis” olması məsələsi filoloji səviyyədə deyil, ədəbi tənqid müstəvisində saf-çürük edilməlidir. Poeziyamızda dəyişmə, transformasiya təmayülləri hiss olunsa da,  Anar səsləndirdiyi əsərlərin rənglər çalarına toxunmur,onu necə var elə də təqdim edir.

N.Həsənzadə, F.Qoca, S.Rüstəmxanlı, M.İsmayıl, M.Yaqub, R.Rövşən, V.Bəhmənli, V.Əziz, Ç.Əlioğlu, R.Qusarçaylı, İ.Fəhmi, Ağasəfa, A.Qoşqar, B.Vüsal, İ.İmanzadə, V.Aslan, T.Nurəli, Q.Nəcəfzadə, Ə.Nuri, A.Həsənli, S.Hüseynoğlu, Kəramət (Şükürov), A.Cəmil, Ə.Mədətoğlu, Z.Məmməd, İ.İsaq, F.Əsəd, Q.Ağsəs, T.Əbilov, B.Sadiq, E.Yurdoğlu… kimi tanınmış şairlərin, eyni zamanda neçə-neçə adlarını qeyd etmədiyim şairlərin əsərləri Anar Atakişiyevin ifasında səslənən zaman insan başqa bir dünyaya düşür,əsərdəki yaşanmışlığın,hər bir acı-şirin xatirələrin axarı ilə o anları yaşayır sanki.
Bu yaxınlarda bədii qiraətçinin H.Əliyev sarayında yüksək səviyyədə təşkil olunmuş konserti bu anların unudulmazlığını bütün izləyicilərə yaşatdı.Duyğu dolu anlarla hər qəlbə siraət etməyi bacaran qiraətçi poeziyanı hər kəsə yenidən sevdirir,deyə bilərəm.Hər şeiri ifa etməzdən əvvəl onun tarixçəsini araşdıran bir ədəbiyyat aşiqi düşünün,Anardır o.Hər sətrin mənəvi yükünü çiyinlərində daşıyan,o duyğunu dinləyiciyə ötürə bilən qiraətçi,Anardır o.
Bu gün bu mövzuya toxunmağımın səbəbi bir filoloq kimi ədəbiyyatımızı yeni nəfəslərdə yeni nəsillərə sevdirməkdir.Ədəbiyyatı duyan hər bir kəs dünyanın ən ülvi hisslərini duya bilər,əmin olun.Anar Atakişi kimi bədii qiraətçilərimiz çox olduqca Azərbaycan ədəbiyyatı və poeziyası sevildikcə daha duyarlı və sevgi dolu gəncliyin yetişəcəyindən əminəm.Bu müqəddəs yolda çalışan və dəstək olan hər kəsə uğurlar arzu edir,bacardıqları hər uğurda gələcək nəsillər üçün örnək olmaqlarını arzu edirəm.

image-img-20230630-wa0055

Gülər Mübariz✍️


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki