image-1backend

Aqil Abbas: “Xəritələri verməsələr, ermənilərlə ayrı cür söhbət edərik”

image-reklam_sirab_01

Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda minalanmış sahələrə dair yeni məlumatları Azərbaycan tərəfinə verəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə erməni qurumun yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçuların sorğusundan sonra minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritə müəyyən edilib.

Xəritələrin əsli Azərbaycana, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına göndəriləcək.

Verilməsi nəzərdə tutulan xəritələrin doğru olub-olmaması barədə Bakıvaxtı.az-a danışan millət vəkili Aqil Abbas qeyd edib ki, o, ermənilərin verdiyi xəritələrə heç zaman inanmayıb və indiki xəritələrə də inanmır:

“Onlara təzyiq edən beynəlxalq təşkilat da yoxdur. Kim onlara təzyiq edə bilər?”

Deputat qeyd edib ki, bu gün dünyaya ədalət dərsi keçmək istəyən təşkilatların hamısı ədalətsiz təşkilatlardır:

“Onlar Ermənistana təzyiq etməyəcəklər. Biz özümüz qarşı tərəfə təzyiq göstərə bilərik. Deyə bilərik ki, real xəritələri verin, yoxsa ayrı cür söhbət edərik. Demirəm, hücum edərik, amma ayrı söhbət edərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki