İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidentini dövlət qeydiyyatına alıb.
Veteninfo.az-ın məlumatına görə, söhbət “Kamaz Lizinq Azərbaycan” MMC-dən gedir.
Yeni lizinq şirkətinin təsisçisi Rusiyaya məxsus “Kamaz” ASC, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 2, nizamnamə kapitalı 1 699 000 manat (təxminən 1 milyon ABŞ dolları), qanuni təmsilçisi isə Rofel Qasım oğlu Qurbanovdur.