image-05daca04-4653-3e93-b7c8-902019a47f1c_850backend

Avropa İttifaqı səfiri “Qarabağ”ın oyununu heyrətamiz adlandırıb

image-reklam_sirab_01

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ” futbol komandasının oyununu heyrətamiz adlandırıb.

Səfir bu barədə tviter hesabında yazıb.

Komandanı bir daha təbrik edən diplomat “Qarabag”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandığını vurğulayaraq, onun oyununun heyrətamiz olduğunu qeyd edib.

Xatırladaq ki, “Qarabağ” avqustun 9-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Azərbaycan təmsilçisi Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olub. “Groupama Arena”da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyununu 16 və ya 17 avqustda evdə, cavab görüşünü isə 24 və ya 25 avqustda səfərdə keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki