image-1backend

 Avropa İttifaqı Ukraynanın maliyyələşdirilməsini gələn ilə qədər təxirə salıb

image-reklam_sirab_01

Avropa Şurasının sədri Çarlz Mişel, Macarıstanın baş naziri Viktor Orbanın səsverməni əngəlləməsindən sonra Avropa İttifaqının 2024-cü ilin yanvarında Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləyəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə TACC məlumat yayıb.

“Biz bu gün görüşümüzü bitirdik. Yanvarda bu mövzuya qayıdacağıq, əminəm ki, konsensusa nail olacağıq”, Mişel səsvermənin nəticələrindən sonra bildirib.

Sammitin əsas mövzularından biri Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avroluq yardım proqramı olub. Avropa Komissiyası Kiyevə 33 milyard avro kredit və 17 milyard avro qrant ayırmağı vəd edir. Mişel qeyd edib ki, yalnız Macarıstan Ukraynaya maliyyə yardımının verilməsinə qarşıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki