UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.
turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. “Fənərbağça” evdə Çexiyanın “Slovaçko” komandasını darmadağın edib – 3:0.
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Köhlən atlar” ÇL-də Macarıstan “Ferentsvaroş”unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Bakıdakı ilk matçda Budapeşt klubu ilə heç-heçəyə razılaşıb – 1:1.