Veteninfo.az ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, ticarət zamanı Avropada qazın qiyməti daha bir rekord qıraraq min kubmetr üçün 800 dolları keçib.
Çərşənbə axşamı Hollandiyadakı TTF mərkəzindən yayılan açıqlamada oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 801,2 dollara çatdığı və ya hər MWh üçün 65,5 avro olduğu deyilir. Bir neçə saat ərzində min kubmetr üçün 770 dollara çatan qiymət tezliklə proqnozlaşdırıldığından artıq sıçrayış edib. Bu ərəfədə Avropada təbii qazın qiyməti ardıcıl olaraq 1000 kubmetr üçün 730, 740, 750 və 750 dolları keçib.
Bundan əvvəl, Fitch -in təbii ehtiyatlar və əmtəələr qrupunun direktoru Dmitri Marinchenko, qazın qiymətinin kəskin sıçrayışının əsas səbəbinin Avropa qaz anbarlarında az həcimdə ehtiyat saxlandığını bildirib./Qazeta.ru
.