image-avrooabackend

Azərbaycan Avropa ittifaqının doqquz ölkəsi ilə strateji tərəfdaşdır.

image-reklam_sirab_01

Avropa ittifaqı 23 iyul 1952 ci ildə yaradılmış,27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır.1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya bu təşkilatı yaratmışdır.

Avropa ittifaqının (Aİ) Azərbaycanla da strateji əməkdaşlığı mövcuddur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri ölkəmizlə bu qurumun tərəfdaşlığının göstərcisidir. Belə ki, əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur.

Qeyd edək ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Azərbaycan respublikasının prezidenti Avropa ittifaqına bir çox birgə səfərləri və imzalanmış ikitərəfli sənədlər də baş tutmuşdur:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri, 6 fevral 2017-ci il Şərq Tərəfdaşlığı 5-ci Zirvə toplantısı, 24 noyabr 2017-ci il, Brüssel şəhəri

Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyinə həsr olunmuş Şərq Tərəfdaşlığı ölkələrinin Dövlət Başçılarının şam yeməyi və yüksək səviyyəli konfrans, 13 may 2019-cu il, Brüssel şəhəri və.s

Aİ və Azərbaycan arasında imzalanmış ikitərəfli sənədlər:

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)

Saziş 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Sənəd Avropa İttifaqı (Aİ) ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu

7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdır. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir:

Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;

Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi. Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;

Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə

13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir.

Azərbaycan Respublikasının Aİ proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu

14 iyun 2014-cü il tarixində Bakıda imzalanmışdır. Protokol Azərbaycan üçün açıq olan mövcud və gələcək Aİ proqramlarında iştirakına imkan yaradır.

Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri

Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanmışdır. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə

5 dekabr 2013-cü il tarixində Brüssel şəhərində imzalanmışdır. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

 

ADPU Hüseynli Billurə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki