Rusiyanın hava hücumundan müdafiə qüvvələri son sutka ərzində ölkənin müxtəlif bölgələri üzərində 46 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus dronların Rusiyanın müxtəlif ərazilərinə daxil olmasının qarşısını alıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi noyabrın 4-nə keçən gecə ölkənin 15 bölgəsi, eləcə də Qara və Azov dənizləri üzərində 709 Ukrayna dronunun vurulduğunu açıqlamışdı.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev isə gecə saatlarında bölgənin hava məkanında 36 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
Qubernatorun sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb, yaşayış binalarına və infrastruktura ziyan dəyməyib.


























