image-reklam-veteninfo
image-screenshotbackend

Sosial şəbəkələrdө saxta stomatoloq iddiaları yenidən gündəmdə: “Dr.Nargiz.111” araşdırılmalıdır!

image-reklam-veteninfo

Sosial şəbəkələrdə özünü stomatoloq və ya həkim kimi təqdim edən, heç bir tibbi təhsili və ya lisenziyası olmayan şəxslərin qanunsuz fəaliyyəti ilə bağlı narahatlıq doğuran məqamlar yenidən diqqət mərkəzinə gəlib. ⁠Serhed.az⁠-ın apardığı araşdırmaya görə, sosial şəbəkələrdə “Dr.Nargiz.111” adı ilə tanınan və təxminən 50 min izləyicisi olan şəxsin fəaliyyəti ciddi suallar doğurur və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırılmalıdır.
 Vətəninfo.az-da saytın araşdırmasından yola çıxaraq  “Dr.Nargiz.111” adlar altında təssüf ki, bu cür hallar təkrarlandıqca daha dərin problemləri üzə çıxardığının şahidi oldu. İnsan həyatı açıq-aşkar heçə sayılır. Bəzi hallarda müvafiq qurumların səhlənkarlığı, eləcə də müəyyən maddi maraqlar (məsələn, 3-5 min manat müqabilində) ucbatından peşəkar tələblərə cavab verməyən şəxslərə klinika açmaq, səhiyyə fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaradılır. Nəticədə isə sadə vətəndaşların sağlamlığı və həyatı təhlükəyə atılır.
Hətta ironik və acınacaqlı olsa da, belə mənzərəni izləyərkən haqlı olaraq düşünürük: əhalisinin sağlamlığının və təhlükəsizliyinin bu səviyyədə arxa plana atıldığı, nəzarətsiz buraxıldığı bəlkə də dünyada nadir Afrika ölkələrindən və ya ən geridqalmış bölgələrindən də irəlidəyik.
Sərt nəzarət mexanizmləri: Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar sosial şəbəkələrdə reklam olunan, lisenziyası şübhə doğuran estetik və tibb mərkəzlərini ciddi yoxlamadan keçirməlidirlər.
Qanunsuz tibbi fəaliyyətlə məşğul olanlara və onlara göz yumanlara qarşı cəzalar maksimum dərəcədə sərtləşdirilməlidir. Vətəndaşlar sosial şəbəkələrdə Dr.Nargiz.111 kimi gördükləri hər “fenomen” həkimə etibar etməməli, müraciət etdikləri şəxsin diplomunu və rəsmi fəaliyyət hüququnu tələb etməlidirlər.
Cəmiyyətin sağlamlığı təhlükə altında olduğu müddətcə bu kimi neqativ hallara qarşı mətbuat və ictimaiyyət hər zaman sərt mövqe sərgiləməli, aidiyyəti qurumlar isə formal deyil, real və sərt addımlar atmalıdırlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki