image-reklam-veteninfo
image-1backend

İMRƏLİYEVƏ “GENERAL-MAYOR” RÜTBƏSİ VERİLDİ – Vətən Müharibəsi Qəhrəmanıdır

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

Vətəninfo.az “Unikal”a istinadən xəbər verir ki, F.İmrəliyevə “general-mayor” rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki