image-ilham4backend

Azərbaycan davamlı inkişaf edən ölkədir

image-reklam_sirab_01

Sözü imzası qədər keçərli olan lider fəaliyyətinin yaratdığı qanunauyğunluqlar qarşıya qoyulan məqsədə nail olmanın təcəssümüdür. Bu, müxtəlif ölkələrlə iqtisadi-siyasi münasibətlərin dinamikasında da əksini tapır. “Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq, əminəm ki, quracağıq”- deyən prezident İlham Əliyev böyük güclərin hesablaşmalı olduğu dövlət modelini təqdim edir. Bu modeli isə neytrallıq nümayiş etdirən ölkələr defakto təqdir edir.

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms dövlət başçısı İlham Əliyevlə görüşdən sonra deyib ki, Almaniya-Azərbaycan ticarət dövriyyəsi 100 faizdən çox olub və ölkəsi Azərbaycanla yaşıl enerji sahəsində loqistika, Orta dəhlizdə kimya sahəsi və manufakturalarla bağlı investisiyaların həyata keçirilməsini planlaşdırır.

AŞPA-da məhz alman nümayəndəsinin təklifi ilə Azərbaycana qarşı mövqenin sərgiləndiyi zamanda Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi Berlinin neytrallıq nümayiş etdirdiyini xüsusi vurğulayıb və qeyd edib ki, anti-Azərbaycan qüvvələrinin ölkəmizi günahlandırma cəhdləri əsassızdır. Azərbaycanın sülhə sadiq olduğunu diqqətə çatdıran Ali Baş Komandan diplomatik gedişlə Almaniya mətbuatında ölkəmizlə bağlı yazılan cəfəng fikirlərə də toxunaraq aydınlıq gətirib.

Azərbaycan həmişə beynəlxalq hüquq normalarına hörmət və riayət edib.

Azərbaycan 30 illik işğala son qoyub, ərazi bütövlüyünü öz gücü ilə bərpa edib. Hamıya məlum haldır ki, müharibə Azərbaycanın ərazisində olub. Lakin bütün bunlara baxmayaraq AŞPA ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib.

Dövlət başçımız isə düşünülmüş siyasət, parlaq zəka, uğurlu diplomatiya ilə yeni dünya nizamının şəkillənməsi ərəfəsində Azərbaycana qarşı olan haqsız təzyiqləri neytrallaşdırmaq əzmində olduğunu isbata yetirib.

Elnura Cavad-zadə
Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru, f.e doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki