Azərbaycan Ermənistana 90 min avro ödəyib. Vətəninfo.az xəbər verir ki, bu məbləğ hava sərhədlərindən istifadəyə görə ödənilib. Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əksinə uçuşlar üçün Ermənistana təxminən 90.000 avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb. “Sizə bildiririk ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinin göstərilməsi üzrə hesablanmış gəlir 90 018 təşkil edib. ” deyə cavab verib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Şirkətin törəmə şirkəti olan “Buta Airways” də bu istiqamətdə uçuşlar həyata keçirib.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.


























