image-img-20230601-wa0107backend

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 125 illik yubileyi münasibətilə tədbir keçiriib

image-reklam_sirab_01

Azərbaycan Milli Konservatoriyasında Musiqi Kollecinin 125 illik yubileyi münasibətilə böyük tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, tanınmış incəsənət xadimləri, kollecin tələbə və müəllimləri iştirak edib.
Tədbiri giriş sözü ilə Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi açaraq, kollecin fəaliyyəti barədə məlumat verdi.
Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını salamlayaraq, Musiqi Kollecinin tarixi keçmişindən danışdı.
Sonra xoş sözlərlə əhatə olunmuş təbrik məktubları eyni zamanda Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Həmkarlar Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəfindən də kollektivə ünvanlandı.
Konsert proqramında nömrələr arasında vaxtilə bu tədris müəssisəsində təhsil almış dünya şöhrətli bəstəkar Arif Məlikov, SSRİ xalq artistləri Müslüm Maqomayev, Zeynəb Xanlarova, Azərbaycan respublikasının xalq artisti Əlibaba Məmmədovun tələbəlik illəri ilə bağlı xatirələrini əks etdirən video yazılar nümayiş olunurdu. Tədbirdə kollecin məzunları olmuş xalq artistləri Faiq Sücəddinov, Alim Qasımov təhsil ocağı ilə bağlı xoş təəssüratlarını paylaşdıqdan sonra öz ifalarını da nümayiş etdirdilər. Xor, ansambl, solo nömrələri ilə zəngin olan konsert dinləyicilərin alqışları ilə qarşılandı.

image-img-20230601-wa0107 image-img-20230601-wa0110 image-img-20230601-wa0111 image-img-20230601-wa0109 image-img-20230601-wa0108 image-img-20230601-wa0106 image-img-20230601-wa0104 image-img-20230601-wa0101 image-img-20230601-wa0102 image-img-20230601-wa0103 image-img-20230601-wa0105 image-img-20230601-wa0100 image-img-20230601-wa0097 image-img-20230601-wa0098 image-img-20230601-wa0099


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki