image-afa8b8bc-ce85-3037-a1aa-d331d2d9dcff_850backend

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulur

image-reklam_sirab_01

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.

Son oyun günündə bir görüş keçiriləcək.

9 illik fasilədən sonra elitaya qayıdan “Turan Tovuz” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionundakı qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Görüş saat 17:00-da start götürəcək.

İki komanda indiyədək ölkə çempionatında bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası

I tur

8 avqust

17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” evdə “Səbail”i 3:1, “Neftçi” “Şamaxı”da eyniadlı komandanı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki