image-img-20240308-wa0009backend

Azərbaycan qadının cəmiyyətin inkişafına töhfəsi

image-reklam_sirab_01

Xaricdəki azərbaycanlı xanımlar da Prezident İlham Əliyevin dövlətçilik kursuna sadiq qalaraq ölkəmizi layiqli şəkildə təmsil edirlər

Müasir Azərbaycan qadının cəmiyyətdə rolu danılmazdır. Qadınlar cəmiyyətin bütün sferalarında aktiv şəkildə fəaliyyət göstərirlər. Hətta bir çox xanımlar öz öncüllükləri ilə nümunəvi xarakterə malikdirlər. Ümumiyyətlə, qadınlar çalışırlar ki, cəmiyyətin inkişafına öz töhfəsini versinlər. Yəni bu gün Azərbaycan cəmiyyəti bir istiqamətli, yəni yalnız kiş xətti ilə deyil, eyni zamanda qadın xətti ilə də inkişaf edir. Bu inkişafda, belə demək mükünsə, hansısa bir ayrımçılıq yoxdur. Qadınlar da kişilərlə istənilən sahədə eyni şəkildə, eyni ölçüdə fəaliyyət göstərilər. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoyaraq, onların ictimai-siyasi həyatda fəaliyyəti üçün geniş imkanlar yaratmışdır. Ümumiyyətlə, Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər hər il 8 mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanımları təbrik edirdi. 2000-ci ildə Ümummilli Lider Heydər Əliyev “Gülüstan” sarayında keçirilən 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdə qadınların cəmiyyətdəki rolunu xüsusi vurğulayıb: “Biz qadınları ilbəil daha da çox qiymətləndiririk. Bu da müəyyən qədər təbiidir. Çünki keçmişdə qadınlara olan münasibət dərin köklər salmışdı və bu dəyişiklikləri təmin etmək üçün zaman lazım idi. Bu zaman da, təbiidir ki, artıq gəldi, çatdı. İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan dünya mədəniyyətinə sıx qoşulur. Bütün bu sahələrdə qadının rolu həmişə böyük olub və böyükdür. Biz “dünyəvi dövlət” məfhumunu işlədəndə, təbiidir ki, bunun çox anlayışını bilirik. Amma onlardan biri də odur ki, dünyəvi dövlətdə qadın azaddır, müstəqildir, qadına onun qadın olmasına görə heç bir məhdudiyyət qoyulmur”. Azərbaycan qadını bu gün də azaddır. Ölkəmizdə qadınlara dair dövlət siyasətinin effektivliyi təmin edilmişdir. Bununla bağlı dövlət başçısı tərəfindən bir sıra qanun və fərmanlar verilib, milli strategiya həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
8 mart – Beynəlxalq Qadınlar Günü bayramının tarixi 19-cu əsrin sonlarında, qadınların öz hüquqları uğrunda fəal mübarizə aparmağa başladığı vaxtdan başlayır. 8 mart 1857-ci ildə Nyu-Yorkda geyim və ayaqqabı fabriklərində çalışan qadınların hüquqlarına dair manifest keçirildi. Onlar daha yaxşı iş şəraiti və kişilərə bərabər layiqli maaş tələb edirdilər. Bu təzahürdən sonra qadınların iş şəraiti yaxşılaşdırıldı, ilk qadın həmkarlar ittifaqı yaradıldı. Bu, emansipasiya tarixində əsas məqamlardan birinin – qadınlara səsvermə hüququnun verilməsinin başlanğıcı üçün bir siqnal oldu.
İlk dəfə olaraq Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyası Kopenhagendə keçirilən Sosialist Qadınların Beynəlxalq Konfransında Klara Setkin tərəfindən irəli sürülüb. Sovet hakimiyyətinin qurulması ilə 8 mart bütün ittifaq respublikalarında, o cümlədən Azərbaycanda rəsmi bayram günü oldu. 1965-ci ildə martın 8-i qeyri-iş günü elan edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Beynəlxalq Qadınlar Günü Respublikanın bayramlar təqvimində qorunub saxlanır.
Bu gün ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzisi Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Onun Birinci vitse-prezident kimi fəaliyyəti dövründə qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanistliyi və hadisələrə genişmiqyaslı baxışı Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Bu gün Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi önəmli layihələrlə Azərbaycan xalqının rəğbətini qazanıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələrini və qaziləri diqqətdə saxlamağı hər bir kəsə nümunədir.
Bu gün Azərbaycan qadınları diaspor işində də çox fəaldırlar. Xarici ölkələrdə keçirilən aksiya və yürüşlərdə Azərbaycan qadınlarını da öndə görmək mümkündür. Ayrıca xanımlarımız xaricdə müxtəlif rəsmi vəsifələrdə də çalışırlar. Ölkəmizin təbliğatı ilə bağlı keçirilən tədbirlərdə də xanımlarımz fəallıq göstərirlər. Onların hər biri Prezident İlham Əliyevin dövlətçilik kursuna sadiq qalaraq layiqli şəkildə ölkəmizi təmsil edirlər. Diaspordakı xanımlar bu gün bir sıra xüsusiyyətləri ilə digər xalqların xanımlarına nümunədirlər. Hazırda diaspordakı Azərbaycan qadınlarının ictimai-siyasi, ədəbiyyat və incəsənət, tibb və s. sahələrdə rolu yüksək qiymətlədirilir.
Bütün hallarda qadınlar xüsusilə şən, gözəl və zərifdirlər. Qadınların hər zaman qayğısına qalmaq lazımdır. Xüsusən 8 mart – Beynəlxalq Qadınlar Günündə kişilər qadınlara daha çox diqqət göstəməlidirlər. Kişilər qadına olan hörmətli münasibətini daha çox bu bayramda nümayiş etdirməlidirlər. Bu, kişilər üçün bir növ mənəvi öhdəlikdir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image