image-b07894cb-acea-457b-a2e6-f559e83d8b69backend

Azərbaycan və Çin əməkdaşlığının perspektivləri

image-reklam_sirab_01

 

 

 Prezident İlham Əliyev: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular”

 

Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik və mədəniyyət sahələrində uğurla davam edir. Ölkə, beynəlxalq təşkilatlarla və qonşu dövlətlərlə strateji tərəfdaşlıqlar quraraq regional və qlobal məsələlərdə aktiv rol oynamağa çalışır. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması və iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xüsusən Çin Xalq Respublikası ilə əməkdaşlığı son illərdə güclənmişdir. İki ölkə arasında ikitərəfli münasibətlər, ticarət, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində genişlənməkdədir. Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan və Çinin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul etiklərini xatırladıb: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq üzrə Bəyannamənin qəbul edilməsi iki ölkənin əlaqələrinin daha da dərinləşməsini əks etdirir. Bu bəyannamə, ikitərəfli əməkdaşlığı müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, mədəniyyət və texnologiya sahələrində genişləndirmək məqsədini güdür.

Bəyannamədə, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanın strateji rolunun vurğulanması, ticarət mübadiləsinin artırılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı addımların müzakirə edilməsi ön plandadır. Bu cür sənədlər, iki ölkənin dostluq münasibətlərini daha da möhkəmləndirir və gələcək əməkdaşlıq perspektivlərini artırır. Ölkəmizin başçısı müsahibədə bildirib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir: “COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.

Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır”. Çin şirkətləri Azərbaycanın enerji, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə investisiya yatırmağa maraq göstərirlər. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin güclənməsi və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində baş verir. Çin, Azərbaycanın strateji coğrafi mövqeyini nəzərə alaraq, burada müxtəlif layihələr həyata keçirmək istəyir. Həmçinin, Azərbaycan da Çin investisiyalarını cəlb etməklə öz iqtisadiyyatını diversifikasiya etməyə çalışır. Bu əməkdaşlıq, həmçinin iki ölkə arasındakı ticarət mübadiləsini artırmağa da kömək edir.

İki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Azərbaycanın strateji coğrafi mövqeyi, onu Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tərəfdaşlardan biri edir. Çin, Azərbaycan enerji resurslarına maraq göstərir. Xüsusilə, Azərbaycanın qaz və neft ehtiyatları, iki ölkə arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın infrastruktur inkişafı üzrə bir çox layihələrdə Çin şirkətləri iştirak edir. Bu, dəmir yolları, yollar və digər layihələrdə əks olunur. Mədəni mübadilələr, elmi-tədqiqat əməkdaşlığı və tələbə mübadiləsi sahələrində də əməkdaşlıq inkişaf edir.

Artıq Çin vətəndaşları Azərbaycana vizasız daxil ola bilirlər. Cənab Prezident müsahibədə bu haqda da danışıb: “Bu yaxınlarda Çin vətəndaşları viza almaq tələbindən azad edildi. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”. Çin vətəndaşlarının Azərbaycana viza alma tələbindən azad edilməsi, iki ölkə arasındakı münasibətlərin daha da güclənməsi məqsədini güdür. Bu qərar, ticarət, turizm və iqtisadi əməkdaşlığın artırılması üçün yeni imkanlar açır. Beləliklə, Çin vətəndaşları Azərbaycana daha asan şəkildə səfər edə biləcək, bu da müvafiq sahələrdə inkişafı stimullaşdıracaq. Bu addım, həmçinin iki ölkə arasında mədəni mübadilə və insan əlaqələrini də artırmağı hədəfləyir.

Çin iqtisadiyyatı dünya miqyasında mühüm rol oynayır və onun sabitliyi qlobal ticarət və investisiyalar üçün əhəmiyyətlidir. Azərbaycanın Çin ilə əməkdaşlığı, xüsusən infrastruktur, enerji, kənd təsərrüfatı və texnologiya sahələrində, iki ölkə arasında iqtisadi əlaqələri gücləndirə bilər. Prezident müsahibədə deyib ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir: “Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.

Gözləntilər çox böyükdür. Lakin istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. İndicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”. Azərbaycanın strateji coğrafi mövqeyi, Çinlə bir sıra layihələrin həyata keçirilməsində əlavə üstünlük təmin edir. Çinlə müştərək layihələr, həm iqtisadi artımı stimullaşdıracaq, həm də iş yerlərinin yaradılmasına səbəb olacaq. Bu əlaqələr, həmçinin regionda təhlükəsizlik və sabitlik üçün də mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı anlaşma və dəstək əsasında formalaşır.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image