image-reklam-veteninfo
image-img-20261015-wa0504backend

Azərbaycandan olan nümayəndə heyəti Samsun valisi ilə görüşüb- FOTOLAR

image-reklam-veteninfo

Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Zirvəsi və Şimali Anadolu Sağlamlıq və Tibbi Avadanlıqlar Sərgisinə (SAMED) qatılmaq üçün Azərbaycandan Türkiyəyə səfər edən nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə görüşüb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri, Samsun İl Mədəniyyət və Turizm Müdiri Süleyman Demirtaş və ASKON Samsun şöbəsinin sədri Ahmet Alp Doğru iştirak ediblər.

Samsun valisi ilə görüşdə nümayəndə heyətinin üzvləri Ceyhun Aşurov, Elnarə Cabbarova, Anar Məmmədov, Anar Yusifov, Elnarə Musayeva, Əli Əlizadə, Bəhruz Məmmədzadə, Ramil Əliyev, Səadət Vəlivmatova, Murad Hacıbalayev, Gültəkin Süleymanova, Fərid Muxtarzadə, Qoşqar Salmanlı və Rüstəm Mehtizadə iştirak ediblər.

Görüşdə Azərbaycandan gələn nümayəndə heyəti Samsun valisi Orhan Tavlıya öz hədiyyələrini təqdim ediblər. Samsun valisi Azərbaycan və Türkiyənin dostluq ənənələrini əks etdirən rəsm əsərini Azərbaycan nümayəndə heyətinə təqdim edib.

Qeyd edək ki, Samsun şəhərində təşkil olunan III Beynəlxalq İkiztepe Sağlamlıq Zirvəsi və SAMED sərgisi səhiyyə, tibbi avadanlıqlar və sağlamlıq turizmi sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri çərçivəsində bu cür beynəlxalq tədbirlər iki ölkənin səhiyyə və sağlamlıq turizmi sahələrində əlaqələrinin inkişafına töhfə verir.

image-img-20261015-wa0497 image-img-20261015-wa0494 image-img-20261015-wa0504




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki