image-5backend

Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artdı

image-reklam_sirab_01
2021-ci il yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 22,974 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Hesabat dövründə Azərbaycanın ixracı 14,629 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 38,2 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 63,68 faiz təşkil edib.
Eyni dövrdə Azərbaycana idxal 8,344 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,65 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 36,32 faiz təşkil edib.
Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 6,285 milyard dollar təşkil edib. (trend )

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki