Tezliklə Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanacaq.
Vətəninfo.az xəbər verir ki, bu haqda İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.
Onun sözlərinə görə, 162 kilometr uzunluğunda olan sözügedən dəmir yolu xətti növbəti il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olacaq.