image-5backend

“AzerGold” Kəlbəcərdə yerləşən sahədə ilkin axtarış-kəşfiyyat işlərinə başladı

image-reklam_sirab_01
“AzerGold” QSC Kəlbəcərdə yerləşən “Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.
Bunu Qaynarinfo-ya açıqlamasında “AzerGold”un Mətbuatla iş sektorunun müdiri Ariz Tarverdiyev bildirib.

 

 

Onun sözlərinə görə, “Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir: “Təzahür sahəsində qızıl, gümüş, civə və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib”.
O qeyd edib ki, “AzerGold” QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır: “Peyk üsulu ilə hiperspektral çəkiliş tədqiqatları ilə paralel olaraq, arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması kimi ilkin qiymətləndirmə işləri də icra olunmaqdadır. Gələn ilin aprel ayından genişmiqyaslı kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur”.
“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki