Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Gədəbəy rayonunun Dərəqumlu massivində “Açıq mikrofon” aksiyası keçirəcək.
Veteninfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağı” noyabrın 4-də, saat 11:00-dan 13:00-a qədər təşkil olunacaq, sakinlərin problem və təklifləri fərdi qaydada dinləniləcək.
Vətəndaşlar aksiyaın imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.