Sentyabr ayında Bakıda ucuz kirayə mənzillərin orta qiyməti 413,6 manat, bahalı kirayə mənzillərin qiyməti isə 1722 manat təşkil edib.
Veteninfo.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, sentyabr ayında Bakıda mənzillərin kirayə qiyməti 13,16 faiz bahalaşıb.
Onun sözlərinə görə, ötən illə müqayisədə də kirayə qiymətləri 5,92 faiz bahalaşıb. Ay ərzində 1 otaqlı kirayə mənzilin orta qiyməti 416 manat, 2 otaqlı kirayə mənzilin orta qiyməti 460 manat, 3 otaqlı kirayə mənzilin orta qiyməti 582 manat, çoxotaqlı kirayə mənzilin orta qiyməti isə 769 manat təşkil edib.
Ekspert əlavə edib ki, kirayə mənzillərin qiymətinin artmasına əsas səbəblərdən biri ali təhsil müəssisələrində əyani tədrisin açılmasından sonra Bakıya tələbələrin gəlməsidir.