image-1backend

Bakının Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır

image-reklam_sirab_01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verib.

Vətəninfo.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metrdir.

Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri icra olunur. Ardınca küçəyə “İnşaat Norma və Qayadaları”na uyğun olaraq lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image