image-aa9f25f5-bd44-37c4-82a3-0667a0b0ca2b_850-jfifbackend

Bayden Braziliyanın yeni seçilmiş prezidenti ilə telefonla danışıb

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden Braziliyada prezident seçkilərinin qalibi olmuş Luis İnasio Lula da Silva ilə telefon danışığı apararaq onu seçilməsi münasibətilə təbrik edib və iki ölkə arasında gələcək əməkdaşlığı müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Cozef Bayden bu gün Braziliyanın yeni seçilmiş prezidenti Luis İnasio Lula da Silva ilə danışıb, onu seçilməsi münasibətilə təbrik edib”, – məlumatda bildirilir. “Telefon danışığı zamanı Prezident Bayden Braziliyanın azad, ədalətli və etibarlı seçkilərdə demokratik təsisatlarının gücünü yüksək qiymətləndirib”, – Ağ Evdən bildirilib.

“İki lider ABŞ və Braziliya arasında möhkəm əlaqələri müzakirə edib və iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyinin qorunması, inklüzivliyin və demokratiyanın inkişafı və regional miqrasiyanın idarə edilməsi də daxil olmaqla, ümumi çağırışların öhdəsindən gəlmək üçün tərəfdaşlar kimi işləməyə davam etmək öhdəliyi götürüblər”, – Ağ Evdən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki