image-666backend

Beyoğlu Kültür Yolu Festivalı “Galataport İstanbul”da

image-reklam_sirab_01

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 30 sentyabr – 15 oktyabr tarixləri arasında Beyoğlu Kültür Yolu Festivalının dayanacaqlarından biri olan “Galataport İstanbul”da qastronomiya ilə bağlı proqram təqdim olunur.

Qonaqlar “Galataport İstanbul” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək Osmanlı saray ləzzətlərindən şokoladına, aromatik qəhvələrdən pizza hazırlanmasına bir çox fərqli seminarları pulsuz istifadə edə biləcəklər.

Təcrübə seminarlarının ilki olan kakao seminarı sentyabrın 30-da Türkiyə vaxtı ilə saat 13.00-da “Butterfly”da keçirilib. Seminara qatılan dad həvəskarları həm dinləmək, həm də dequstasiya yolu ilə kakaonun necə işləndiyini və şokoladın hansı mərhələlərdən keçdiyini yaxından öyrənmək imkanı əldə ediblər.

Osmanlı süfrələrinin vazkeçilməz hissəsi olan, boğazı sakitləşdirən mənasını verən “rahat-hülqum” adlı lokum qablaşdırma seminarı oktyabrın 2-də keçiriləcək. Burada həm də rahat-hülqumun 1860-cı ildən Osmanlı mətbəxindən günümüzə necə gəlib çatdığı izah ediləcək.

Oktyabrın 4-də “Şekerci Cafer Erol”da olacaq seminarda iştirak edənlər lokum və şərbət hekayəsini dinləmək və dadmaq fürsəti qazanacaqlar.

“Köşkeroğlu” oktyabrın 5-də paxlavasevərləri qonaq edəcək. Paxlavanın növləri və istehsalının izah ediləcəyi seminarda qonaqlar paxlavanın bişirilmə fəndlərini görəcək, həm də yeyib dadına baxacaqlar.

Pizzasevərlər 7 oktyabrda “Kitten Bistro & Cocktail Bar”da bir araya gələcək. Pizza hazırlamağın izah ediləcəyi seminarda iştirakçılar aşpazın tövsiyyəsilə öz pizzalarını hazırlaya biləcəklər.

Beyoğlu Mədəniyyət Yolu Festivalının son həftəsində qəhvə ləzzətlərinin şokoladla qarışdırılacağı seminar oktyabrın 10-da “Kahve Dünyası”nda olacaq.

“Sagra” oktyabrın 12-də şokoladsevərləri qonaq edəcək. İştirakçılar öz seçdikləri inqrediyentlərlə öz şokoladlarını hazırlaya biləcəklər.

“Kitten Bistro & Cocktail Bar” 13 oktyabrda meyvə ekstraktları və qəhvə əsaslı kokteyllər hazırlamaq və dadmaq imkanı təqdim edəcək.

Dad təcrübəsi seminarlarının sonuncusu festivalın son günü – oktyabrın 15-də olacaq. “Baylan Patisserie”də 13.00-da başlayacaq seminarda aşpaz və iştirakçılar makaron tortu və pavlova hazırlayacaqlar.

Seminarlar haqqında ətraflı məlumatı “Galataport İstanbul”un instaqram hesabından və “www.galataport.com” səhifəsindən əldə etmək mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki