Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ölkəsi Rusiyanın təcavüzünə qarşı çıxmasa, Rusiyanın bütün qonşuları təhlükə altında olacaq.
Vətəninfo.az xəbər verir ki, o, bu barədə Danimarka parlamentindəki çıxışında bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın şəhər və kəndləri Rusiya ordusunun hər gün intensiv hücumlarına və zərbələrinə məruz qalır.
“Onlar (Rusiya – red.) açıq şəkildə deyirlər ki, Ukrayna onlara çatmır və onlar bizim ölkənin yolu ilə gedəcəklər və o ağrıları bütün Avropaya və dünyaya yayacaqlar.
Əminəm ki, siz Moskvadan bu təhdidləri eşidirsiniz. Ukrayna qalib gəlməsə, Rusiyanın bütün qonşuları təhlükə altında olacaq. Bu ölkələri raket zərbələri və ya muzdlular təhdid edəcək, dövlətlərin daxilində qeyri-sabitlik yaranacaq.
Amma mən bir daha vurğulayıram ki, Ukrayna qalib gələcək və mən istəyirəm ki, siz bunu görəsiniz, eşitsiniz və hiss edəsiniz”, – deyə Zelenski vurğulayıb.


























