ABŞ hesab edir ki, dialoq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün ən yaxşı yoldur.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
“Biz bu məsələ ilə bağlı dialoqun davam etdirilməsini açıq şəkildə dəstəkləyirik. İnanırıq ki, bu, münaqişənin davamlı sona çatması üçün ən yaxşı yoldur və biz bunu davam etdirəcəyik”, – Miller mətbuat konfransında deyib.
Eyni zamanda, Dövlət Nazirliyinin sözçüsü jurnalistin tərəflərin danışıqlar prosesini vasitəçilərsiz davam etdirməyə çalışması ilə bağlı sualını şərh etməkdən imtina edib.