image-image_750x_656386a7c8c09backend

Bizim 3 məqsədimiz var – Netenyahu

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edərək, əməliyyatın Fələstinin Həmas hərəkatı üzərində tam qələbəyə qədər davam edəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz burada Qəzzada qəhrəman döyüşçülərimizlə birlikdəyik. Qaçırılan vətəndaşlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edirik və sonda hamısını qaytaracağıq.. Sona qədər, qələbəyə davam edəcəyik. Bizi heç nə dayandıra bilməz və biz əminik ki, iradəmiz və qətiyyətimiz var”, – Netanyahu Qəzzaya səfəri zamanı deyib.

İsrail baş nazirinin qeyd etdiyi kimi, ölkənin üç məqsədi var: “Həması aradan qaldırmaq, bütün qaçırılanları geri qaytarmaq və Qəzzanın yenidən təhlükəyə çevrilməməsini təmin etmək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki