Noyabrın 4-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək.
Veteninfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərin və işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, habelə növbəti il üçün Fəaliyyət Planı ilə bağlı üzvlər tərəfindən təqdim edilmiş təkliflərin müzakirə edilməsi planlaşdırılır.
İşçi qrupunun iclası saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə keçiriləcək. Qeyd olunan fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri https://azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılan müvafiq səhifəyə keçməklə (https://azranking.az/az/protocols-announcements) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olaraq müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.