image-reklam-veteninfo
image-1backend

Boris Conson yenidən baş nazir ola bilər

image-reklam-veteninfo

Boris Conson bir qrup Mühafizəkar deputatın planı sayəsində yenidən Böyük Britaniyanın baş naziri seçilə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Nəşrin yazdığına görə, baş nazir Rişi Sunakın əleyhdarları Suella Bravermanın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə əlaqədar baş nazirin mövqeyini sabitsizləşdirməyə çalışırlar.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Robert Cenrikin istefaya getməsi də Britaniya hökumətində fikir ayrılığına səbəb olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki