image-1backend

Britaniya Həmas liderlərinə sanksiya tətbiq etdi

image-reklam_sirab_01

Böyük Britaniya hökuməti HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvara və bu təşkilatla əlaqəsi olan daha 5 nəfərə qarşı sanksiyalar tətbiq edib, Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Vətəninfo.az xəbər verir ki, HƏMAS-ın hərbi lideri Məhəmməd əl-Deif, HƏMAS siyasi büro üzvü Musa Dudin və hərəkatın digər yüksək vəzifəli üzvü Mərvan İsaya da giriş qadağası və aşkar edilərsə, bank hesablarının dondurulması kimi məhdudiyyətlərə məruz qalıblar.

Sanksiya siyahısında həmçinin Böyük Britaniyada terror hərəkatının maliyyələşdirilməsində iştirak etdiyi iddia edilən sudanlı Abdelbasit Hamza və livanlı Nabil Chuman da var.

Bundan əvvəl ABŞ da radikal Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki