image-622c43e6e329f622c43e6e32a01647068134622c43e6e329a622c43e6e329cbackend

Britaniya kəşfiyyatı: Döyüşlər Kiyevin mərkəzindən 25 km məsafədə gedir

image-reklam_sirab_01

Kiyevin şimal-qərbində, şəhərin mərkəzindən təxminən 25 kilometr məsafədə Rusiya quru qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir.

Veteninfo.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Kiyevin şimalındakı Rusiya hərbi qüvvələrinin böyük kolonu səpələnib və çox güman ki, bu, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdinə xidmət edəcək.
Lakin eyni zamanda kəşfiyyat xidməti bunun Ukraynanın Rusiya qüvvələrinə ciddi zərbə vuran əks-hücumlarına qarşı zəifliyini azaltmaq üçün Rusiyanın cəhdi olduğunu istisna etmir.

“Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalır və Rusiyanın ağır atəşinə məruz qalmağa davam edir”, məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki