image-37d54480-caac-3173-a120-56286b69742c_850backend

Britaniyanın müdafiə naziri: “Ölkədə F-35 üçün kifayət qədər pilot yoxdur”

image-reklam_sirab_01

Ən son F-35 qırıcı-bombardmançı təyyarələrini idarə etmək üçün İngiltərədə kifayət qədər pilot yoxdur və onların təlimi çox uzun çəkir.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada pilotların hazırlanması sxemi onun istədiyi yerdə deyil və o, mütəxəssislərin hazırlanması ilə bağlı vəziyyəti kifayət qədər problemli adlandırıb.

Uolles qeyd edib ki, uçuş heyətinin təlimində daim gecikmələr olur. Buna görə də, mütəxəssislərin hazırlığı müəyyən edilmiş iki-üç il əvəzinə səkkiz ilə qədər davam edə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki