“Dialoqun növbəti raundunun təxirə salınması Ermənistana verilən cavabdır. Bu, erməni tərəfinin diplomatların Qarabağa səfəri ilə bağlı açıqlamalar verməsi və yersiz davranışları ilə əlaqədardır”.
Bu fikirləri ARB 24 televiziyasına açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, İrəvan Azərbaycanla sülh danışıqlarını davam etdirmək istəyirsə, ilk növbədə öz daxili işləri ilə məşğul olmalı və Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir.
“İrəvan anlamalıdır ki, Azərbaycan onlarla danışıqlara getməklə Ermənistana böyük güzəşt edir”, – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda.

























