Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed ilə görüşüb.
Veteninfo.azın xəbərinə görə, bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.
Türkiyəli nazir BƏƏ-li həmkarı ilə ikitərəfli münasibətlər və regional hadisələri, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə edib.


























