image-reklam-veteninfo
image-622ae3983b67c622ae3983b67d1646977944622ae3983b67a622ae3983b67bbackend

Çe Gevaranı güllələyən hərbçi ölüb

image-reklam-veteninfo

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı istefada olan hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “teleSUR” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, bir neçə il ərzində inkişaf edən ağciyər xəstəliyindən əziyyət çəkirdi. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki